media-inshot_20260331_230821933

ABŞ və İsrail İranın peyk məlumatlarını izləyən və qəbul edən stansiyaya zərbə endirib.

Patrul.az xəbər verir ki, bu barədə stansiyanın yerləşdiyi Selmas rayonunun rəhbəri Əli Əlaei bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda istifadəyə verilmiş peyk məlumatlarını qəbul edən və izləyən stansiya hücuma məruz qalıb.

Məlumata görə, obyekt İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətindədir.

İsrail Müdafiə Qüvvələri də Tehranda “hücum peyklərini” inkişaf etdirmək üçün istifadə olunan kosmik mərkəzin məhv edildiyini açıqlayıb.


Bənzər xəbərlər