ABŞ və İsrailin zərbələri nəticəsində İranda 50 xəstəxana zərər görüb - STATİSTİKA
ABŞ və İsrailin İrana birgə hücumları nəticəsində 50 xəstəxana və 50 təcili yardım bazası zərər görüb.
Patrul.az xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqandi bildirib.
O qeyd edib ki, ABŞ-İsrailin İrana qarşı başlatdığı müharibə zamanı səhiyyə və müalicə müəssisələrinə təxminən 240 hücum həyata keçirilib.
Nazir əlavə edib ki, Tehran hakimiyyəti hücumların təfərrüatlarını sənədləşdirir.
Xatırladaq ki, İsrailin İrana başlatdığı müharibəyə fevralın 28-də ABŞ-nin də qoşulması Yaxın Şərqdə genişmiqyaslı əməliyyatlara səbəb oldu. Xüsusilə, İranın ali dini lideri Ayətullah Əli Xameneinin fevralın 28-də Tehrandakı malikanəsinə endirilən zərbələr ilə onun və ailə üzvlərindən bir neçəsinin həlak olması tərəflər arasındakı qarşıdurmanı daha da şiddətləndirdi.
Ümumilikdə ABŞ və İsrailin İrana birgə hücumları nəticəsində ölənlərin sayı 3300 nəfəri keçib. Onlar arasında 26 tibb işçisi də var, 188-dən çoxu isə yaralanıb.
Tərəflər arasında aprelin 8-də başlayan ilkin iki həftəlik atəşkəs aprelin 22-də başa çatmalı idi. Lakin ABŞ Prezifdenti Donald Tramp bu müddəti İran tərəfi yeni sülh təklifi hazırlayana və danışıqlar yekunlaşana qədər uzadıb. Regiondakı gərginlik isə hələ də yüksək olaraq qalır.
Gülbəniz Səfərova






