ABŞ və Ukrayna gələn həftə Ciddədə görüşəcək
Səudiyyə Ərəbistanı ABŞ və Ukrayna arasında görüşün gələn həftə Ciddədə keçiriləcəyini açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Bəyanatda bildirilib ki, Səudiyyə Ərəbistanı ABŞ və Ukrayna görüşünün gələn həftə Ciddədə keçirilməsindən məmnundur.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Ukrayna böhranına son qoymaq üçün daimi sülhə nail olmaq üçün səylərini davam etdirir.
Açıqlamada Səudiyyə Ərəbistanının son 3 ildə bu mövzuda çoxlu görüşlərə ev sahibliyi etdiyi xatırladılıb.