media-img_6929

ABŞ və Ukrayna rəsmilərinin gələn həftə Ər-Riyadda görüşəcəyi gözlənilir.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Ukrayna rəsmilərinin gələn həftə Səudiyyə Ərəbistanında görüşərək Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlar aparacağı bildirilib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, iki ölkənin rəsmiləri gələn həftə çərşənbə günü Ər-Riyadda görüşməyə hazırlaşır.

ABŞ və Rusiya arasında Ər-Riyadda keçirilən əvvəlki görüşlərdən sonra bu dəfə ABŞ və Ukrayna nümayəndə heyətlərinin sülh prosesi ilə bağlı danışıqlar masasına oturacağı gözlənilir.

Bildirilib ki, ABŞ nümayəndə heyətinə Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, Ukrayna nümayəndə heyətinə isə Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsi katibi Andrey Yermak başçılıq edəcək.

ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Steve Witkoff da sülh razılaşması çərçivəsində Səudiyyə Ərəbistanında Ukrayna ilə görüş təşkil edildiyini bildirib.


Bənzər xəbərlər