media-inshot_20260409_120748816

İranın xarici işlər naziri Abbas Əraqçi atəşkəslə bağlı ABŞ-yə mesaj göndərib.

Patrul.az xəbər verir ki, o, sosial media hesabında ABŞ Prezidenti Donald Trampın atəşkəsə razılıq verdiyini bildirsə də, eyni zamanda İsrail vasitəsilə müharibəni davam etdirdiyini iddia edib.

Nazir “ABŞ ya atəşkəsi, ya da İsrail vasitəsilə müharibəni seçməlidir” mesajını verib.

Əraqçi həmçinin Pakistanın baş naziri Şahbaz Şərifin təklif etdiyi atəşkəs şərtlərinin aydın və birmənalı olduğunu vurğulayaraq, Livanın da bu prosesə daxil edildiyini qeyd edib.

Xatırladaq ki, 7 aprel 2026-cı il tarixində Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ arasında dərhal qüvvəyə minən müvəqqəti atəşkəsin əldə olunduğunu elan edib.

Atəşkəsin əsas şərtləri bunlardır:

ABŞ və müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatları dayandırması;

İranın qarşılığında Hörmüz boğazını gəmiçilik üçün (müəyyən texniki məhdudiyyətlərlə) açması;

Razılaşmanın 14 gün müddətinə qüvvədə qalması və bu müddət ərzində 10 aprel 2026-cı ildə İslamabadda yekun sülh danışıqlarının aparılmasının planlaşdırılması.

Hazırda dünya ictimaiyyəti bu gərginliyin 10 aprel tarixində nəzərdə tutulan “İslamabad danışıqları”na necə təsir edəcəyini izləyir.


Bənzər xəbərlər