Abşeronda evdən oğurluq edən 41 yaşlı şəxs saxlanıldı
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 3850 manat nağd pul və 670 manat dəyərində qızıl-zinət əşyası talanıb.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı S.Şıxməmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.






