Abşeronda kişi quyuya düşdü
Abşeron rayonunda kişi quyuya düşüb.
Patrulaz.az “Lent.az”a istinadla xəbər verir ki, hadisə gecə saat 22 radələrində Fatmayı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 69 yaşlı Rza Əhəd oğlu Nəcəfov yaşadığı evin yaxınlığında boş quyuya düşərək xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.