media-inshot_20250820_153715977

Rusiyada yeniyetmələrin adrenalin sevdası faciəvi sonluqla nəticələnib.

Patrulaz.az “Nexta Live” teleqram kanalına əsasən xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayətində 15 yaşlı yeniyetmə elektrik qatarının damına çıxaraq təhlükəli hərəkət etməyə cəhd göstərib. Lakin güclü elektrik cərəyanı onu vuraraq öldürüb.

Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə idarəsindən bildirilib ki, məktəbli dostları ilə birlikdə hərəkətdə olan qatara minib və elektrik kollektoruna toxunmağa çalışıb. Bu an güclü boşalma nəticəsində onu dərhal  elektrik cərəyanı vurub.

“Hadisə baş verən zaman qatar hərəkətdə olub. Uşağın dostları qorxuya düşərək onu qatardan atıblar. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”, – deyə hüquq-mühafizə orqanlarından açıqlama verilib.

Qeyd edək ki, Rusiya dəmir yolları dəfələrlə yeniyetmələri “ekstremal əyləncə” adlandırılan belə təhlükəli davranışlardan çəkindirməyə çağırıb.


Bənzər xəbərlər