Ağ Ev: İranla atəşkəs razılaşması ABŞ üçün “qələbə”dir
Ağ Evin mətbuat katibi Karolin Livitt ABŞ və İran arasında əldə olunmuş iki həftəlik atəşkəsi ölkəsi üçün mühüm “qələbə” adlandırıb.
Patrul.az xəbər verir ki, Karolin Livitt bu atəşkəsin ABŞ ordusu və ölkə başçısı Trampın diplomatik səyləri nəticəsində əldə olunduğunu vurğulayıb:
“Bu, Prezident Tramp və inanılmaz ordumuzun sayəsində ABŞ üçün bir qələbədir. Ordumuzun uğuru maksimum təsir gücü yaratdı və Prezident Trampa və komandasına diplomatik həll və uzunmüddətli sülh üçün yol açan çətin danışıqlara başlamağa imkan verdi”.
Digər tərəfdən, İranın Ali Milli Təhlükəsizlik Şurası da baş verənləri öz “qələbəsi” kimi qiymətləndirib.






