media-inshot_20250818_234300016

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də Avropa İttifaqı liderləri ilə görüş keçirib.

Patrulaz.az xəbər verir ki, görüşdə Tramp vasitəçiliyi, Rusiya-Ukrayna arasında mümkün üçtərəfli dialoq və atəşkəs məsələləri müzakirə olunub.

Tramp çıxışı zamanı bildirib ki, danışıqlar uğurlu olarsa, Rusiya bir sıra müsbət addımlar atacaq və hazırda Ukraynanın xəritəsinə baxmağın çox kədərlidir. O, həmçinin Moskvanın min məhbusu dərhal Kiyevə təhvil verməsini gözlədiyini vurğulayıb.

Almaniya Kansleri Olaf Merz isə görüşdə atəşkəs üçün Rusiyaya təzyiq göstərilməsinin vacibliyini qeyd edib:

“Hamımız istərdik ki, Ukrayna ilə bağlı növbəti görüşə qədər atəşkəs olsun, gəlin Rusiyaya təzyiq edək” – deyə Merz qətiyyətlə vurğulayıb.

AB Şurası Prezidenti Ursula von der Leyen isə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə çağırıb.

Fransa Prezidenti Emmanuel Makron isə Avropanın iştirakı ilə dördtərəfli görüş təşkil etməklə, Ukrayna münaqişəsinin sona çatmasını müzakirə etməyin vacibliyini qeyd edib. O da Merz kimi atəşkəsin vacibliyini vurğulayıb.

İtaliyanın Baş naziri Giorgia Meloni isə Trampa təşəkkür edərək bildirib:

“Sizin sayənizdə nəsə dəyişir, həm də Rusiyanın döyüş meydanında irəliləməsini gecikdirməsi sayəsində. Bu, ukraynalıların cəsarəti və hamımızın Ukraynaya verdiyi birlik sayəsində əldə olundu. Əgər biz sülhə nail olmaq və ədaləti təmin etmək istəyiriksə, bunu birlikdə etməliyik”.


Bənzər xəbərlər