Ağ Evdə Tramp və Zelenskini dəhlizdə gözləyən Avropa liderlərinin fotosu SAXTA ÇIXDI
Avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş zamanı yayılan və onları dəhlizdə Avropa liderlərinin gözlədiyi iddia olunan foto saxta olub.
Patrulaz.az xəbər verir ki, yayılan məlumata görə, xüsusilə Azərbaycan mətbuatında tirajlanan və Trampın bu formada Avropa liderlərini gözlədiyi göstərilən şəkil “FAKE” hesab edilir.
Məlumata görə, foto süni intellekt məhsuludur və reallığı əks etdirmir.






