Ağ Şəhər bulvarında dənizdə meyit tapıldı
Bakının Xətai rayonu ərazisində, Ağ Şəhər bulvarında dənizdə naməlum şəxsin meyiti aşkarlanıb.
Patrulaz.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib. Bildirilib ki, hadisə barədə məlumat iyunun 29-da Nazirliyin “112” qaynar xəttinə daxil olub. Müraciətdə bildirilirdi ki, dənizdə, nəzarətsiz ərazidə sahildən təxminən 3 kilometr aralıda bir nəfərin meyiti üzə çıxıb və onun sudan çıxarılmasına kömək lazımdır.
Müraciət əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.