Ağ şəhərdə parklanma problemi: nömrəsiz avtomobillər yerləri zəbt edib - VİDEO
Paytaxtın Xətai rayonunda yerləşən Ağ şəhərin 2-ci Şərq küçəsində avtomobillərin dayanması üçün nəzərdə tutulmuş parklanma yerləri nömrəsiz nəqliyyat vasitələri tərəfindən zəbt olunub. Bildirilir ki, üzərində dövlət qeydiyyat nişanı olmayan bəzi avtomobillər aylardır ərazidə hərəkətsiz vəziyyətdə, toz basmış halda qalır.
Nəticədə həmin ünvanda yaşayan sakinlər və qeyri-yaşayış obyektlərinin sahibləri şəxsi avtomobillərini park etməkdə ciddi çətinliklərlə üzləşirlər.
Məsələ ilə bağlı videogörüntülər Patrul.az redaksiyasına göndərilib. Hazırda bu avtomobillərin kimə məxsus olduğu məlum deyil.
Ümid edilir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məsələni diqqətdə saxlayaraq yaranmış problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görəcək.
Aslan Nadiroğlu
Günay Salayeva
Patrul.az






