Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 20 nəfər xəsarət alıb
Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Patrulaz.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.
Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.