Aİ-dən Rusiya ilə bağlı açıqlama
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Kallas bildirib ki, görüşdə Ukraynaya dəstək, Yaxın Şərqdəki hadisələr və ABŞ ilə münasibətlər müzakirə olunub. Aİ daxilində Kiyevə 40 milyard avro dəyərində müdafiə yardımı verilməsinə geniş dəstək olduğunu qeyd edərək, yardım paketi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.
Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ukrayna-ABŞ görüşünün nəticələrini masa arxasında oturan bütün nazirlərin məmnuniyyətlə qarşıladığını ifadə edən Kallas, Rusiyanın həqiqətən sülh istəmədiyini bildirib.