media-79a96590-deec-4778-b248-64aaec312495

ABŞ-nin cənub-mərkəzi bölgələrində yaranan kəskin hava şəraiti Texas və Oklahoma ştatlarında ciddi dağıntılara və insan itkilərinə səbəb olub.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, aprelin 19-da baş verən güclü fırtına Oklahoma və Texasda böyük dolu, daşqın və tornadoya səbəb olub. Tornado nəticəsində üç nəfər həyatını itirib, onlarla ev isə tamamilə dağılıb.

Təkcə aprelin 19-da Oklahoma ştatında beş tornado qeydə alınıb.

ABŞ-nin Oklahoma ştatının Moore şəhərində isə daşqın suları səbəbindən iki avtomobil körpünün altında qalıb. Hadisə nəticəsində bir qadın və 12 yaşlı uşağın meyiti tapılıb. Şəhərin polis idarəsi bunu “tarixi hava hadisəsi” adlandırıb.

Fövqəladə hallar üzrə rəhbər Bill Makon bildirib ki, tornado kənd ərazisində 10 kilometr məsafə boyunca irəliləyərək 20-dən çox evə ziyan vurub.

Qeyd edək ki, şiddətli hava şəraiti Oklahoma və Texasda həm elektrik xətlərinə, həm də yol infrastrukturuna ziyan vurub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər