media-ea4f1f5b-a803-4aa8-b52d-f4b585851003

Ekvadorda xoruzların döyüşdürülməsi ölümlə nəticələnib.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, Ekvadorun Manabi əyalətində keçirilən xoruz döyüşü zamanı silahlı şəxslərin tamaşaçılara atəş açması nəticədə 12 nəfər həyatını itirib.

Polis hadisə ilə əlaqədar dörd nəfəri saxlayıb.
Məlumatlara görə, hücum edənlər cinayətkar dəstənin üzvləri olub və rəqib qrupla hesablaşma məqsədi güdüblər.

Hadisəylə bağlı Ekvador Prezidenti Daniel Noboa bildirib ki, hazırda dünyada istehsal olunan kokainin 70 faizi Ekvador limanlarından keçərək ABŞ və Avropaya daşınır. Bu səbəbdən ölkəmiz narkotik şəbəkələrinin toqquşma meydanına çevrilib.

Qeyd edək ki, Ekvador Kolumbiya və Peru kimi dünyanın iki ən böyük kokain istehsalçısı ilə sərhəddə yerləşir. Yanvar ayında ölkədə 781 qətl hadisəsi qeydə alınıb ki, bu da Ekvadorun son illərdəki ən qanlı ayı hesab olunur. Ekspertlər bu qətllərin əksəriyyətini narkotik ticarəti ilə əlaqələndirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər