Trampın tarifləri “Tesla”nı çətin vəziyyətə saldı
“Tesla” ABŞ-Çin ticarət gərginliyinin və Prezident Donald Trampın tətbiq etdiyi yüksək idxal tariflərinin təsiri nəticəsində çətin dövrünü yaşayır. Şirkətin CEO-su İlon Mask-ın Trampa yaxın münasibətləri isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, Tramp administrasiyasının tətbiq etdiyi 25%-lik idxal tarifləri “Tesla” üçün əlavə maliyyə yükünə səbəb olub. Şirkətin Kaliforniyada istehsal olunan yüksək qiymətli “Model S” və “Model X” avtomobilləri Çin bazarından çıxarılıb. Bu qərarın səbəbi isə Çinin tətbiq etdiyi 125%-lik cavab tarifləridir. Tesla 2024-cü ildə yalnız Çin bazarında 20,9 milyard dollarlıq satış həyata keçirib və bu, şirkətin ümumi gəlirinin 21%-ni təşkil edib.
Mask sosial media platformasında Teslanın tariflərdən zərər gördüyünü açıq şəkildə etiraf edib: ““Tesla”ya tarif təsiri hələ də əhəmiyyətlidir”.
Qeyd edək ki, İlon Mask ABŞ hökumətindəki yüksək profilli rolu, xüsusilə Trampa yaxınlığı, bir tərəfdən investorlara ümid versə də, digər tərəfdən Çin kimi mühüm bazarlarda “Tesla”nın rəqabət gücünü zəiflədə bilər.
Gülbəniz Səfərova