Dronlar ABŞ hava limanlarında təhlükə yaradır
Son dövrlərdə ABŞ-nin böyük hava limanlarında pilotsuz uçuş aparatları və dronların təyyarələrlə yaxın qarşılaşmaları böyük təhlükə yaradıb.
Patrulaz.az “Associated Press”ə istinadən xəbər verir ki, ABŞ aviomütəxəssisləri bildiriblər ki, son hadisələr dronların hava limanları yaxınlığında təyyarələrlə yaxın toqquşmalara səbəb olduğunu göstərir. Məsələn, noyabr ayında San-Fransisko beynəlxalq hava limanına yaxın bir ticarət təyyarəsinin pilotları, kvadrokopteri təyyarənin qabağından keçərkən gördü. Bir ay əvvəl Mayami beynəlxalq hava limanının yaxınlığında 4000 fut yüksəklikdə uçan reaktiv təyyarə pilotsuz uçuş aparatı ilə üz-üzə gəldi.
Embry-Riddle Aeronautical Universitetinin təhlükəsizlik professoru William Waldock qeyd edib ki, bu günlərdə internet vasitəsilə çox mürəkkəb və yüksəkliklərə qalxa bilən dronlar alına bilər: “Pulunuz varsa, internetə girib, yüksək hündürlüklərə çata biləcək mürəkkəb bir dron ala bilərsiniz”.
Qeyd edək ki, FAA-ya görə, ABŞ-də təxminən bir milyondan çox dron var və onların sayı artmağa davam edir. Bu, hava limanları ətrafında baş verən riski daha da artırır, çünki burada dronların uçuş yolları və təyyarələrin uçuş yolları bir-birini çox yaxın keçə bilir.
Gülbəniz Səfərova