media-ebde4a00-045b-4109-9f0f-0631c61c4477

İspaniyanın Kadis bölgəsində yerləşən Arcos de la Frontera qəsəbəsində keçirilən ənənəvi Pasxa festivalı “Toro del Aleluya” zamanı dəhşətli bir hadisə baş verib.

Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, təxminən yarım ton ağırlığında olan qəzəbli bir buğa, zəif mühafizə baryerini dağıdaraq izləyici kütləsinin arasına girib və çoxu uşaq olmaqla bir neçə nəfəri yaralayıb.

Festival çərçivəsində “Aleluya Buğaları” adlandırılan dörd buğanın qəsəbə küçələrində qaçırılması ənənəsi var. Bu ənənə İsanın mərhəmətinin simvolu hesab olunur və buğalar arenada öldürülmür.

Lakin “İnfinito” adlı ilk buğa nəqliyyat qəfəsindən çıxarılan anda gözlənilməz şəkildə aqressiv davranıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə, buğanın mühafizə baryerinə tam sürətlə çırpıldığı və baryerin asanlıqla dağıldığı açıq-aşkar görünür.

Təhlükəsizlik qaydalarına baxmayaraq, daha yaxşı görmək üçün önə gətirilmiş uşaqlar, buğanın hücum etdiyi ilk şəxslər olublar.

Hadisə festivalın təhlükəsizlik tədbirləri ilə bağlı kəskin tənqidlərə səbəb olub.

Ləman Sərraf


Bənzər xəbərlər