Aİ-liderləri Trampdan əvvəl Zelenski ilə görüşəcək
Aİ liderləri ABŞ prezidenti Donald Trampı görmək üçün Ağ Evə getməzdən əvvəl Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəklər.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen , NATO-nun baş katibi Mark Rutte , Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron , Böyük Britaniyanın baş naziri Key Starmer və İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşəcək.
Məlumata görə, danışıqlar hər bir liderlə ayrı-ayrılıqda Ukrayna səfirliyində aparılacaq.
Xatırladaq ki, avqustun 18-də Moskva vaxtı ilə saat 20:15-də Tramp və Zelenski Ağ Evdə görüşəcəklər . Bundan sonra ABŞ lideri Aİ nümayəndələri ilə danışıqlar aparacaq.






