media-inshot_20251218_234611227

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin Zirvə Toplantısı zamanı təxminən 10.000 fermer traktorlarla küçələri bağlayaraq Avropa Parlamentinin binalarına hücum ediblər.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, fermerlərin etirazı AB-nin kənd təsərrüfatı siyasəti və Latın Amerikası ilə bağlanan “Merkosur” sazişi ilə bağlı narazılıqlarına əsaslanır. Onlar məhdudlaşdırıcı siyasət nəticəsində çətin vəziyyətə düşdüklərini bildirir və Aİ-dən kənd təsərrüfatı büdcəsini artırmaq və “Merkosur” müqavilələrindən çıxmaq tələb edirlər.

Aksiya zamanı polislər etirazçıların binaya yaxınlaşmasının qarşısını almağa çalışsa da, bir çox traktor binaya çatıb. Müdafiə qüvvələri isə göz yaşardıcı qaz və su şırnaqlarından istifadə edərək vəziyyəti nəzarət altına almağa çalışıblar.

Qeyd edək ki, Zirvə görüşü zamanı isə Aİ liderləri əsasən 2026-2027-ci illər üçün Ukraynaya yardım büdcəsini müzakirə ediblər.

media-avrupali-ciftciler-bruksel-de-sokaklari-19368961_amp media-ap25352247510342 media-2269474-231090-1287x836 media-000_34he3zv media-c2ae9b2e254b40a786a2ed91414d0f70 media-240201-eu-farmers-mb-0927-5810b8 media-168b08f6-13590028


Bənzər xəbərlər