media-inshot_20260429_130450460

Aİ Mark Zükerberqin rəhbəri olduğu Meta” şirkətini məhkəmə verib.

Patrul.az-ın məlumatına görə, Avropa Komissiyası şirkətin platformalarında uşaqların qorunması qaydalarının pozulduğunu iddia edir.

İddia Rəqəmsal Xidmətlər Aktı çərçivəsində qaldırılıb və əsas diqqət “Facebook” və “instagram” üzərindən azyaşlıların qorunmasının yetərsiz təşkil olunmasına yönəlib.

Tənzimləyici qurumların qənaətinə əsasən, platformalarda tətbiq edilən yaş məhdudiyyətlərini 13 yaşdan kiçik istifadəçilər asanlıqla aşa bilir.

Araşdırmanın nəticəsində pozuntular təsdiqlənərsə, şirkəti ciddi maliyyə sanksiyaları gözləyir. Belə ki, qanunvericiliyə əsasən, bu cür hallarda cərimə məbləği şirkətin illik qlobal dövriyyəsinin 6 faizinə qədər yüksələ bilər ki, bu da milyardlarla dollar itki deməkdir. 

Şirkət ittihamlarla razılaşmadığını bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, platformalar yalnız 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub və yaş məhdudiyyətinin pozulmasının qarşısını almaq üçün davamlı texnoloji tədbirlər görülür.

Eyni zamanda vurğulanıb ki, yaşın təsdiqlənməsi problemi təkcə bir şirkətə aid deyil, bu, bütün texnologiya sektoru üçün aktual çağırışdır. “Meta” Avropa Komissiyası ilə əməkdaşlığa hazır olduğunu da bildirib.


Bənzər xəbərlər