AİLƏ FACİƏSİ: Kiçik oğlunun məzarı başında ölən ananın dəfnindən sonra böyük oğlu da öldü
Ukraynada müharibədə həlak olan oğlunun məzarı başında ölən ananın ailəsində daha bir faciə yaşanıb.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiyada 28 yaşlı Yevgeni Şaripov, anasının dəfnindən sonra evinə qayıdarkən özünü pis hiss edib. İddiaya görə, o keçirdiyi stress səbəbindən vəfat edib.
Xatırladaq ki, qadın 2022-ci ildə Ukraynadakı müharibədə 23 yaşlı oğlu Maksim Şaripovu itirib. O vaxtdan etibarən tez-tez oğlunun məzarını ziyarət edən ana, bir gün məzarda ölü tapılıb.
Daha sonra onun digər böyük oğlu, 28 yaşlı Yevgeni Şaripov anasının dəfnindən sonra kəndinə qayıdarkən özünü pis edərək dünyasını dəyişib.
Gülbəniz Səfərova






