media-inshot_20250626_210344359

İyunun 26-da Aktau hava limanı yaxınlığında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin ekipaj üzvlərinin xatirəsinə abidə ucaldılıb.

Patrulaz.az “Bizim.Media”ya istinadən məlumat verib.

Manqistau vilayətinin İctimai Kommunikasiyalar Mərkəzindən verilən məlumata əsasən, abidə Azərbaycanın milli qəhrəmanları – pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyevaya həsr olunub.

Abidənin açılışı mərasimində faciə qurbanlarının yaxınları, aviasiya sənayesinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirak edənlər həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidə önünə gül dəstələri düzüblər.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

 


Bənzər xəbərlər