Akvaparkda dəhşət: Onlarla insan boruda ilişib qaldı - ANBAAN VİDEO
Çində akvaparkda baş verən texniki nasazlıq onlarla insanı təhlükəyə atıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə akvaparkda yerləşən nəhəng su sürüşməsində baş verib.
Belə ki, su qəfildən dayandıqda sürüşmə borusunun içində olan insanlar ilişib qalıblar. Nəticədə arxadan gələnlər öncəkilərlə toqquşaraq zəncirvari sıxlıq yaranıb.
Təhlükəli anlar mobil telefon kameraları tərəfindən lentə alınıb.
Məlumata görə, hadisə zamanı insanların qapalı məkanda boğulma və tələyə düşmə riski olub.
Hadisədən sonra insanlar park əməkdaşları tərəfindən təxliyə olunub və faktla bağlı araşdırma başlanıb.
Hakimiyyət orqanları xəsarət alanların olub-olmaması ilə bağlı araşdırma apardığını və texniki nasazlığın səbəbinin müəyyənləşdirildiyini bildirib.
Gülbəniz Səfərova






