media-inshot_20250804_092854745

Rusiyanın Krasnodar şəhərində sərxoş vəziyyətdə olan kişi ağır xəsarət alıb.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, içkili kişi tarazlığını itirərək sinəsi ilə armatur parçasının üzərinə yıxılıb. 14 millimetr qalınlığında olan dəmir çubuq onun ağciyərini deşib.

Hadisə yerinə çağırılan xilasedicilər zərərçəkənin vəziyyətini sabitləşdirmək üçün armaturu kəsərək onu təcili şəkildə xəstəxanaya çatdırıblar.

Məlumata görə, xəstəyə cərrahiyyə əməliyyatı aparılıb və vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Hadisə anından görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər