Albaniyada “TikTok” 1 il müddətinə qadağan edilib
Albaniya hökuməti Çində yerləşən “TikTok” sosial şəbəkə platformasını ölkə daxilində bir il müddətinə qadağan edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Albaniyanın Milli Təhsil və İdman naziri Ogerta Manastirliu Nazirlər Şurasının iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib. Manastirliu qeyd edib ki, müzakirələrə səbəb olan “TikTok”un 2024-cü ilin noyabr ayından etibarən ölkə miqyasında bir il müddətinə müvəqqəti qadağan edilməsi barədə qərar qəbul edilib. Nazir Manastirliu bildirib ki, qərar ölkədə 65 min valideynlə müzakirələrdən sonra qəbul edilib.
Qeyd edək ki, nazirlik tərəfindən edilən açıqlamada, giriş blokunun bir neçə gündən sonra başlayacağı və platformanın yetkinlik yaşına çatmayan istifadəçilər üçün təhlükəsizlik və yaş standartlarını tətbiq edənə qədər davam edə biləcəyi açıqlanıb.