Aleyna Tilki Lvbel C5-in “HavHavHav” mahnısına dəstək olub
Müğənni Aleyna Tilki sözləri ilə sosial mediada müzakirələrə səbəb olan Lvbel C5-in “HavHavHav” mahnısını bəyəndiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, mahnının gənclərə pis örnək olduğunu bildirən Lvbel C5 ləqəbli Süleyman Burak Bodurdan CİMER-ə şikayət edənlər ‘HavHavHav’ın efirdən çıxarılmasını tələb ediblər. Bir çox məşhur simalar ‘HavHavHav’ mahnısını tənqid edərkən, müğənni Aleyna Tilkidən dəstək açıqlaması gəlib və müğənni sözügedən mahnını bəyəndiyini qeyd edib.