media-retouch_2025061020533655

Alimlərin hesablamalarına görə, milyardlarla il sonra Yer kürəsində oksigen səviyyəsi sürətlə azalacaq.

Patrulaz.az xəbər verir ki, “New Scientist”in məlumatına görə, gələcəkdə Yer kürəsində oksigenin kəskin azalması Günəşin təkamülü nəticəsində baş verəcək. Yəni, Günəş yaşlandıqca onun enerjisi və istiliyi dəyişəcək. Bu da Yerin atmosferindəki oksigenə təsir edəcək.

Nəticə etibarilə, Yer atmosferindəki oksigen miqdarı indiki ilə müqayisədə bir milyon dəfə azalacaq. Bu da o deməkdir ki, hava tərkibində demək olar ki, heç oksigen qalmayacaq. Bir sözlə, insan və heyvan həyatı üçün uyğun olmayan bir mühit yaranacaq.

Alimlərin araşdırmalarına görə, gələcəkdə Yer kürəsində oksigenin azalması keçmişdə baş vermiş mühüm hadisəyə, “Böyük Oksidləşmə” hadisəsinə bənzəyəcək. Amma fərq onda olacaq ki, o vaxt atmosferə çoxlu oksigen daxil olunmuşdusa, bu dəfə isə əksinə oksigen atmosferdən yox olacaq.

“Atmosferdəki oksigen sabit deyil və gələcəkdə onun səviyyəsi kəskin şəkildə enəcək. Bu isə insan və heyvan həyatının davam etməsini mümkünsüz edəcək”, – deyə araşdırmanın müəlliflərindən biri bildirib.

Məlumata görə, oksigenin tükənməsi bir anda baş verməyəcək. Bu dəyişikliklər sürətli baş verəcəyinə görə, canlıların adaptasiyası üçün kifayət qədər vaxt olmayacaq.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər