media-inshot_20250805_223641759

Avstriyalı alimlər kvant sistemləri üzərində apardıqları təcrübələr nəticəsində zamanın axarını yavaşlatmaq, sürətləndirmək və hətta geriyə çevirmək imkanını ortaya çıxarıblar.

Patrulaz.az xəbər verir ki, Avstriya Elmlər Akademiyası (ÖAW) və Vyana Universitetinin birgə tədqiqat qrupu – Miguel Navascués və Filip Uolterin rəhbərliyi ilə bir neçə nüfuzlu elmi nəşrdə bu möcüzəvi nəticələrin elmi əsaslarını açıqlayıblar.

Kvant mexanikasının imkanlarını “filmin gedişini evdə istədiyin kimi irəli və ya geri aparmaqla” müqayisə edən Navascués deyir:

“Əgər klassik fizika kinoteatrdırsa, kvant aləmi evdə əlində pultla film izləməyə bənzəyir. Geri qayıda, səhnəni atlaya və ya istədiyimiz hissəni təkrar edə bilərik”.

Tədqiqatçılar eksperiment zamanı “kvant keçidi” adlı xüsusi cihazdan istifadə edərək tək bir fotonu kristal vasitəsilə səyahətə göndərib və onu əvvəlki kvant vəziyyətinə qaytara biliblər. Bu isə kvant sistemlərində zamanın “tərcüməsi”nin, yəni əvvəlki halına geri dönməsinin mümkünlüyünü sübut edir.

Qeyd edək ki, bu texnologiya klassik mənada zaman səyahətinə şərait yaratmasa da, kvant prosessorlarının səhvlərini aradan qaldırmaq və onların dəqiqliyini artırmaq baxımından mühüm irəliləyiş hesab olunur. Hər nə qədər insanı bir saniyə geriyə qaytarmaq üçün milyonlarla il gərək olsa da, elm adamlarının məqsədi də məhz bu texnologiyanı real həyat üçün praktik və effektiv alətə çevirməkdir.

media-d42cb0877c4e0eb4805a4f7bf89ab68a-1


Bənzər xəbərlər