Alimlərdən XƏBƏRDARLIQ: "Bu tarixdə əsrin Günəş tutulması baş verəcək"
Astroloqlar 2027-ci ilin 2 avqustunda Yer kürəsində son yüzilin ən uzun tam Günəş tutulması baş verəcəyini açıqlayıblar.
Patrulaz.az Xarici mediaya əsasən xəbər verir ki, bu nadir səma hadisəsi Ayın Günəşi tamamilə örtməsi ilə 6 dəqiqə 22 saniyə davam edəcək və Türkiyə də daxil olmaqla bir sıra ölkələrdən görünəcək.
Astronomlara görə, bu tutulma 21-ci əsrdə qurudan müşahidə edilə biləcək ən uzun tam Günəş tutulmasıdır. Məsələn, 2024-cü il aprelin 8-də Şimali Amerikada müşahidə olunan tutulma 4 dəqiqə 28 saniyə çəkmişdi.
2027-ci il tutulması isə 1991-ci ildən bəri ən uzun qaranlıq dövr olacaq və oxşar bir hadisənin təkrarlanması üçün 2114-cü ilə qədər gözləmək lazım gələcək.
Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdə yayılan “avqustun 2-də dünya 6 dəqiqəlik tam qaranlığa qərq olacaq” kimi iddialar həqiqəti əks etdirmir. Çünki Günəş tutulmaları zamanı yalnız dar bir coğrafi ərazi tam qaralma yaşayır.
Qeyd edək ki, 2027-ci il tutulması İspaniya, Mərakeş, Liviya, Misir, Səudiyyə Ərəbistanı və Somalidə tam olaraq izlənə biləcək. Türkiyənin bəzi bölgələrindən isə hadisə qismən müşahidə olunacaq.
Ümumilikdə 15 min kilometr uzunluğunda və 2,5 milyon kvadrat kilometr ərazini əhatə edəcək bu təbiət hadisəsi Avropa, Afrika və Cənubi Asiyanın geniş hissəsində görünəcək.
Ən yaxın tutulma isə 2025-ci ilin sentyabrında baş verəcək, lakin bu hadisə yalnız Sakit okeanın bəzi bölgələrindən görünəcək və geniş müşahidə imkanları olmayacaq.






