media-inshot_20250714_230652422

Almaniyanın müdafiə naziri Boris Pistorius Moskvanın NATO üzvünə hücum edəcəyi təqdirdə rus əsgərlərini öldürməyə hazır olduğunu bildirib.

Patrulaz.az xəbər verir ki, siyasətçi bu barədə o, “Financial Times” qəzetinə verdiyi müsahibədə danışıb.

Nazirin sözlərinə görə, Litvaya köçürülmüş alman hərbi birləşmələri vəziyyətə tam hazırdır və ehtiyac yarandıqda qətiyyətlə hərəkət edəcəklər.

“Əgər çəkindirmə tədbirləri nəticə verməsə və Rusiya hücum etsə, bu baş verəcəkmi? Bəli,” – deyə Pistorius bildirib.

“Lakin mən sizə sadəcə Vilnüsə getməyinizi və oradakı alman briqadasının nümayəndələri ilə danışmağınızı tövsiyə edərdim. Onlar öz işlərinin nə olduğunu yaxşı bilirlər”,-deyə o əlavə edib.

Pistorius sülh və gərginliyin azaldılması barədə danışıqların yalnız güclü mövqedən mümkün olduğunu vurğulayıb:

“Heç kəsi qorxutmaq üçün deyil, nə edə biləcəyimizi bildiyimizi aydınlaşdırmaq üçün, sizinlə sülh içində yaşamaq istəyirik, amma zəif olduğumuzu və ya özümüzü müdafiə etməyəcəyimizi düşünməyin”.

Moskva isə NATO-ya hücumla bağlı iddiaları qətiyyətlə rədd edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib:

“Onlar NATO-nun müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq qərarına haqq qazandırmaq üçün Rusiyadan canavar düzəltdilər”.

Peskov həmçinin Almaniya kansleri Fridrix Mersə istinadla deyib:

“O, Rusiya ilə qarşıdurma üçün şiddətli üzrxahdır və onu “Avropanı aqressiv şəkildə səfərbər etməkdə” ittiham edib.


Bənzər xəbərlər