media-img_0920

Almaniyada alimlər tərəfindən aparılan elmi araşdırma zamanı siçanların havada uçan yarasaları tutduğu ilk dəfə müşahidə olunub. Bu nadir hadisə, heyvan davranışları və potensial virus ötürülməsi baxımından mühüm elmi nəticə kimi qiymətləndirilir.

Patrulaz.az xəbər verir ki, tədqiqatçılar bildirdiyinə görə, bu vəziyyət koronavirus tipli virusların siçanlar vasitəsilə digər canlılara keçmə riskini artırır. Belə bir ötürülmə zənciri, gələcəkdə həm insanlar, həm də heyvanlar üçün yeni yoluxucu xəstəliklərin yaranmasına səbəb ola bilər.

Alimlər vurğulayırlar ki, bu cür müşahidələr ekoloji balansın və yabanı heyvan davranışlarının diqqətlə izlənməsinin vacibliyini bir daha göstərir.


Bənzər xəbərlər