media-inshot_20251210_192557723

Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı paylaşdığı video sosial mediada diqqət çəkib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Berlində rəsmi səfərdə olan Paşinyan şəhərin simvollarından sayılan Brandenburq qapısı fonunda “Modern Talking” qrupunun “Sən mənim ürəyimsən, sən mənim ruhumsan” mahnısına çəkilmiş videosunu yayımlayıb.

Baş nazir telefonunu pəncərədən tutaraq görüntü alıb və kadrlarda ürək işarəsi göstərib.

O, bu videonu “Telegram” səhifəsində Ermənistan və Almaniya bayraqları ilə birlikdə “Hər birinizə xoş və yaxşı gün arzulayıram və hamınızı sevirəm” sözləri ilə paylaşıb.

Xatırladaq ki, Paşinyan Almaniyaya səfəri çərçivəsində Aİ rəsmiləri ilə keçirdiyi görüşdə Aİ–Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) prioritetləri müzakirə edilib.

Qeyd edək ki, tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını müsbət qiymətləndirib və regionda normallaşma prosesini alqışladıqlarını bildirib.


Bənzər xəbərlər