media-inshot_20250715_213341884

368 sərnişini daşıyan təyyarə qeyri-adi qoxuya görə hava limanına geri qayıtmaq məcburiyyətində olub.

Patrulaz.az “Bild” nəşrinə əsasən xəbər verir ki, Almaniyadan Kanadaya uçan sərnişin təyyarəsi göyərtədə müşahidə olunan qeyri-adi qoxu səbəbindən uçuşdan bir saat sonra hava limanına geri qayıdıb.

Frankfurt am Main şəhərindən Kanadanın Toronto şəhərinə yola düşən təyyarədə 368 nəfər sərnişin olub. Lakin havaya qalxdıqdan sonra təyyarə naməlum qoxu səbəbilə marşrutunu yarımçıq saxlayaraq Frankfurta təcili eniş edib.

Məlumata görə, qoxunun mənbəyi hələ də müəyyən edilməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Barselonadan Nyu-Yorka uçan digər bir sərnişin təyyarəsi də dərin hava çuxuruna düşdüyü üçün pilot tərəfindən təcili eniş həyata keçirilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər