media-inshot_20260512_093628482

Məşhur türkiyəli aktyor və şoumen Mehmet Ali Erbil  sonuncu həyat yoldaşından ayrıldıqdan sonra yenidən ailə həyatı quracağını açıqlayıb.

Patrul.az xəbər verir ki, sənətçi bu barədə dünən keçirilən qala gecəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Xatırladaq ki, Erbil sonuncu dəfə Gülseren Ceylan ilə 28 avqust 2025-ci ildə evlənib. Cəmi 7 ay davam edən bu evlilik 25 fevral 2026-cı ildə bir məhkəmə iclası ilə rəsmən başa çatıb. Boşanmadan sonra sənətçi ayrılıqda 99 faiz özünü günahkar hesab etdiyini bildirib.

O, əvvəlki evliliyi ilə bağlı suallara cavab verərək, yenidən evlənmək fikrində olduğunu söyləyib:

“Artıq bir-birimiz haqqında danışmırıq. Yaxşı və ya pis olsun, hər şey gəlib-gedir. Deyəsən, evliliyin öhdəsindən gələ bilmirəm, bu işdə yaxşı deyiləm. Beş dəfə cəhd etdim, amma yenə də cəhd edəcəyəm”.

Qeyd edək ki, 69 yaşlı aktyorun bu, 6-cı evliliyi olacaq. Onun əvvəlki evliliklərindən iki qızı və bir oğlu olmaqla üç övladı var. İlk həyat yoldaşı Muhsine Şehnaz Kamiloğlu ilə evliliyindən qızı Sezin Erbil, aktrisa Nergis Kumbasar ilə evliliyindən qızı Yasmin Erbil, Tuğba Coşkun ilə nikahından isə oğlu Ali Sadi Erbil dünyaya gəlib.

media-mehmet-ali-erbilin-altinci-evliligi-de-bitiyor-avukatina-talimat-verdi-f2eg
Memet Ali Erbil və Gülseren Ceylan

 

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər