media-inshot_20250806_233543879

Cənubi Afrikada tur zamanı amerikalı milyonçu ovçu Aşer Uotkins camışının hücumuna məruz qalaraq həlak olub.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, 52 yaşlı Uotkins 10,000 dollarlıq ov səfərində olub. Bu zaman 1,5 ton ağırlığında olan “Qara ölüm” ləqəbli camış qəfildən ona hücum edərək ağır yaralayıb.  Ovçu hadisə yerində ölüb.

Qeyd edək ki, Cape camışı Afrikanın ən təhlükəli heyvanlarından biridir.


Bənzər xəbərlər