Amerikanın bu ştatında 7 bal gücündə zəlzələ oldu
ABŞ-nin Alyaska ştatında 7,3 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı sirenaları işə düşüb.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət Aleut adaları yaxınlığında qeydə alınıb. Yerli seysmoloqlar zəlzələnin maqnitudasının 7,3 bal olduğunu bildiriblər.
Qeyd edək ki, Alyaska Amerika Birləşmiş Ştatlarının (ABŞ) şimal-qərbində yerləşən və ərazisinə görə ölkənin ən böyük ştatıdır. O, materik ABŞ-dən ayrı yerləşir və şərqdə Kanada, qərbdə isə Berinq boğazı vasitəsilə Rusiya ilə üzbəüzdür. Alyaska həm Sakit okeana, həm də Arktik okeana çıxışı olan strateji əhəmiyyətli ərazidir.
Məlumata görə, sunaminin ilk dalğasının yaxın saatlarda Sand-Point şəhərinə çatacağı gözlənilir. Hakimiyyət orqanları əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə və daha yüksək ərazilərə çəkilməyə çağırıb.
Gülbəniz Səfərova






