Anbarda başlayan güclü yanğın atçılıq klubuna da keçdi - VİDEO
Moskvada baş verən güclü yanğın heyvanların yerləşdiyi atçılıq klubuna da təhlükə yaradıb.
Patrulaz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, paytaxtın Nekrasovski kəndində anbarda başlayan güclü yanğın 15 min kvadratmetr ərazini əhatə edib.
Yayılan görüntülərdə alovların sürətlə “Maxima Park” atçılıq klubunun tövlələrinə doğru irəlilədiyi görünür. Hadisə nəticəsində klubun əməkdaşları heyvanların təxliyəsinə hazırlaşır.
Hazırda əraziyə çoxsaylı yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb olunub. Məlumata görə, yanğının söndürülməsi məqsədilə helikopterdən də istifadə olunacaq.
Qeyd edək ki, yanğın nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Gülbəniz Səfərova






