media-inshot_20250623_080729017

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı, aktyor Bred Pitti təqib etməkdə ittiham edilib.

Patrulaz.az xəbər verir ki, bu barədə “News Nation” nəşri məlumat yayıb.

Məlumata görə, Bred Pitt “Formula-1” filmini tanıtmaq məqsədilə Nyu-Yorka səfər edib və orada sevgilisi İnes de Ramonla birlikdə “Whitby” otelində qalıb. Bildirilir ki, Ancelina Coli də eyni vaxtda Nyu-Yorka gəlib, lakin onun səfərinin səbəbi məlum deyil.

Mənbənin iddiasına əsasən, Colinin bu səfəri keçmiş həyat yoldaşını izləmək məqsədi daşıya bilər.

Qeyd edək ki, 2023-cü il dekabrın 31-də “People” jurnalı Ancelina Coli və Bred Pittin boşanma prosesini rəsmi olaraq başa çatdırmaq üçün razılığa gəldiklərini yazmışdı.


Bənzər xəbərlər