media-inshot_20260519_091536770

Türkiyənin reytinqli layihələrindən olan “Uzak Şehir” serialının aktyor heyətində dəyişiklik baş verəcək.

Patrul.az xəbər verir ki, ekran işində “Şahin Albora” obrazına həyat verən tanınmış aktyor Alper Çankaya komandadan ayrılır.

Məlumata görə, aktyor mayın 25-də yayımlanacaq 63-cü bölümlə (mövsüm finalı) layihəyə vəda edəcək. Onun bu qərarı öz istəyi ilə aldığı bildirilir.

A.Çankayanın növbəti yaradıcılıq planları da artıq bəllidir. İlkin olaraq onun “Taşacak Bu Deniz” serialında “Ava Yaman” obrazının sevgilisi rolunu canlandıracağı iddia edilsə də, aktyor son anda seçimini dəyişib. Belə ki, o, rəqəmsal platforma layihəsinə üstünlük verərək “Netflix”də yayımlanacaq “Evə gedən yol” serialının heyətinə qoşulub. Maraqlıdır ki, aktyor yeni ekran işində də təsadüfən “Şahin” adlı xarakteri canlandıracaq.

Cəmi 8 bölümdən ibarət olacaq “Evə gedən yol” serialının çəkilişlərinə iyunun 2-də start veriləcək. Ekran işinin baş rollarını Aras Bulut İynemli (iki uşaq atası “Kemal” obrazı) və Nilperi Şahinkaya (“Kemal”ın həyat yoldaşı “Şebnem” obrazı) bölüşəcəklər. Layihəyə digər tanınmış simaların da daxil ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Uzak Şehir” serialı mayın 25-də mövsüm finalına çıxacaq.

media-screenshot_20260519_090214_instagram

Gülbəniz Səfərova


Bənzər xəbərlər