Rəngli konfetlər, elektron siqaretlər, tərəzi... - Narkotik əməliyyatında məşhurların evindən görün nələr çıxdı
Türkiyədə şou-biznes, incəsənət və sosial media dünyasının tanınmış simalarını hədəf alan növbəti irimiqyaslı narkotik əməliyyatı həyata keçirilib.
Patrul.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində məşhur şəxslərin narkotik maddələrdən istifadə etdiyini sübut edən konkret faktlar aşkarlanıb.
Səhər saat 07:00-da başlayan əməliyyat çərçivəsində İstanbul və Muğlada ümumilikdə 25 fərqli ünvanda eyni vaxtda reydlər, axtarış və həbs tədbirləri həyata keçirilib.
Prokurorluğun qərarı ilə hüquq-mühafizə orqanları tərəfindən barəsində saxlanılma və axtarış qərarı verilən tanınmış şəxslərin siyahısı belədir:
Serenay Sarıkaya (aktrisa), Mabel Matiz (Fatih Karaca – müğənni),Berkay Şahin (müğənni), Tan Taşcı (müğənni), Onur Tuna (aktyor), Hakan Aydın (Blok 3 – repçi), Feyza Civelek (aktrisa), Yağmur Ünal (prodüser), Mirgün Sırrı Cabas (jurnalist), Niran Ünsal (müğənni), Volkan Bahçekapılı, Osman Haktan Canevi, Aslıhan Turanl, Eren Kesimer, Kübra İmren Siyahdemir, Mehmet Rahşan (həkim), Cansu Teki, Özgür Deniz Cellat, Yasemin İkbal, Tarık Tunca Bakır, Hanzede Gürkanlar, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Semiha Bezek.
İstintaq materiallarına görə, əməliyyat zamanı şübhəlilərdən Aycan Yağcının evində istifadəyə hazır marixuana tapılaraq götürülüb. Ümumilikdə isə reydlər aparılan ünvanlarda aşağıdakı qanunsuz maddələr və avadanlıqlar aşkar edilərək müsadirə olunub:
– Kannabis olduğu güman edilən 3 ədəd narıncı kapsul;
– Ekstazi olduğu ehtimal olunan 8 ədəd rəngli həb;
– Maye kannabis olduğu güman edilən 2 ədəd elektron siqaret;
– Üzərində “Superior Blend 99” yazılmış və tərkibində kannabis olduğu ehtimal edilən 3 ədəd rəngli konfet,
– Yaşıl qabda qablaşdırılmış, metamfetamin olduğu güman edilən 15 qram ağırlığında ağ rəngli maddə;
– 1 ədəd dəqiq tərəzi;
– 1 ədəd boş şpris;
– 20 ədəd boş, kilitli (fermarlı) torba.
Faktla bağlı Bakırköy Baş Prokurorluğu tərəfindən başladılan genişmiqyaslı cinayət işi, saxlanılan şəxslərin ifadələrinin alınması və zəruri ekspertiza prosedurları davam etdirilir.
Gülbəniz Səfərova






