media-inshot_20260521_114047483

Məşhur Hollivud aktyoru Johnny Deppin Kaliforniyadakı evinin ətrafında dolaşaraq narahatlıq yaradan naməlum qadının axtarışlarına başlanılıb.

Patrul.az Los-Anceles Polis Departamentinin (LAPD) rəsmi hesabatlarına əsasən xəbər verir ki, hadisə 19 may 2026-cı il tarixində, yerli vaxtla saat 16:00 radələrində qeydə alınıb.

Məlumata görə, naməlum bir qadın ötən həftə sonundan etibarən aktyorun West Hollywoodda yerləşən lüks mülkünün ətrafında gizli şəkildə dolaşmağa başlayıb.

Şübhəli şəxsin mobil telefonu vasitəsilə malikanənin giriş-çıxış nöqtələrini və ərazisini videoya çəkdiyi müəyyən edilib.

Çərşənbə axşamı günü həmin şəxsin mülkün əsas darvazasının qarşısında oturduğu aşkarlanandan dərhal sonra əraziyə polis qüvvələri çağırılıb. Lakin qadın polislər hadisə yerinə çatmazdan bir neçə dəqiqə əvvəl qaçaraq ərazidən uzaqlaşıb.

Bildirilib ki, şübhəli şəxs yalnız evin ətrafında olub və içəri keçə bilməyib. Nəticədə mülkə hər hansı maddi ziyan dəyməyib.

İlkin rəsmi versiyaya görə, qadının məqsədi evə zərər vurmaq olmayıb, 62 yaşlı aktyora şəxsi və xüsusi bir mesaj çatdırmaq olub.

Hüquq-mühafizə orqanları təhlükəsizlik kameraları vasitəsilə qaçan şübhəlinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində genişmiqyaslı axtarış tədbirlərinə başlayıb.

Hadisə zamanı Johnny Deppin malikanədə olub-olmadığı məlum deyil. Aktyorun media nümayəndələri isə baş verənlərlə  bağlı açıqlama verməkdən imtina ediblər.

Qeyd edək ki, sözügedən malikanə son beş ildə artıq üçüncü dəfədir ki, bənzər insidentlərlə gündəmə gəlir. Belə ki, 2021-ci ilin yanvarında evsiz bir qadın mülkə daxil olarkən, həmin ilin martında isə digər bir şəxs evə girərək Deppin şəxsi hamamında duş qəbul edərkən polis tərəfindən saxlanılıb.

media-img_20260521_112251_115

Gülbəniz Səfərova


Bənzər xəbərlər