media-inshot_20250730_170256433

İstanbuldan Antaliyaya uçan sərnişin təyyarəsində enişdən sonra tüstülənmə baş verib.

Patrulaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Turkish Airlines”a məxsus Boeing 777 təyyarə Antalya hava limanına normal şəkildə eniş etsə də, uçuş-enmə zolağında hərəkət etdiyi zaman hidravlik sistemdə nasazlıq yaranıb və nəticədə təyyarənin alt hissəsindən tüstülər çıxmağa başlayıb.

Məlumata görə, ekipaj təhlükəsizlik məqsədilə sərnişinlərin təxliyəsinə qərar verib. Sərnişinlər xüsusi şişmə sürüşkənlər vasitəsilə təyyarədən çıxarılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, insidentlə bağlı araşdırma başladılıb.

 

Gülbəniz Səfərova


Bənzər xəbərlər