media-img_5858

Türkiyənin Antalya vilayətində fəaliyyət göstərən bir bazar satıcısı, Mustafa Kamal Atatürkün xatirəsini yad etmək üçün nümunəvi bir addım atıb. O, satışa çıxardığı qarpızları müştərilərə tamamilə pulsuz şəkildə paylayıb.

Patrulaz.az xəbər verir ki, satıcı, stendinin üzərində “Atatürkün xatirəsinə – qarpız pulsuzdur” yazaraq məhsulunu paylayıb. Bu jest bazara gələn vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb və sosial mediada geniş yayılıb.

Videolarda satıcının “Qarpız verməkdə məqsədim Atatürkə olan sevgimi göstərməkdir” dediyi eşidilir. Bu sadə, lakin mənalı təşəbbüs izləyicilər tərəfindən yüksək qiymətləndirilib və minlərlə paylaşım toplayıb.

İstifadəçilər belə təşəbbüslərin milli birlik və dəyərlərə sadiqliyi gücləndirdiyini bildiriblər. Bəziləri isə bu davranışı yalnız məhsul paylama deyil, tarixi şəxsiyyətə hörmətin ifadəsi kimi dəyərləndiriblər.


Bənzər xəbərlər