media-99279411-0-image-a-73_1749675668378

Alimlər Antarktida buzlaqlarının altında 34 milyon ildən bəri mövcud olan təbiət mənzərəli coğrafi quruluş aşkarlayıblar.

Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, alimlərin apardığı araşdırmaya görə, Ermənistan ərazisi boyda olan bu coğrafi quruluş bir vaxtlar çaylar, meşələr,  hətta xurma ağacları ilə örtülü olub. İndi isə buzlaqların altında uca silsilələr və dərin dərələri ilə ecazkar mənzərə ortaya qoyur.

Bu ərazi buza nüfuz edən radar texnologiyası ilə əldə edilib. Buzun yavaş əriməsi nəticəsində coğrafi quruluş dəyişmədən qalıb.

Elm adamları bu bölgənin keçmiş iqlimi və buzlaqların necə formalaşdığını daha yaxşı anlamağa çalışırlar.

Qeyd edək ki, qlobal istiləşmə davam edərsə, gələcəkdə bu mənzərənin bir hissəsi buzların çəkilməsi ilə üzə çıxa bilər. Lakin əraziyə çatmaq üçün bir mildən çox qalınlıqdakı buzun qazılması lazımdır.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər