media-img_7881

Aralıq dənizində İtaliyanın Lampeduza adasının sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayıq batıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi açıqlamada təbii fəlakətdə 6 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə itkin düşdüyü bildirilib. Qayıqda olan Kamerun, Fil Dişi Sahili, Qvineya və Malidən olan 56 immiqrantın əksəriyyətinin Tunisin Sfaks şəhərindən yola düşdükdən bir neçə saat sonra pis hava şəraiti səbəbindən suya düşdüyü bildirilib. Qeyd olunub ki, xilas edilən mühacirlərə BMT QAK və Lampeduzadakı Beynəlxalq Xilasetmə Komitəsi (İRK) kömək edib, İtaliya Qızıl Xaç Cəmiyyəti isə psixoloji dəstək verib.

İtaliya Sahil Mühafizəsi dünən baş verən hadisədən sonra axtarış-xilasetmə işlərinin bu gün də davam etdiyini, lakin pis hava şəraitinin əməliyyatları daha da çətinləşdirdiyini bildirib. Ordu və polisin də iştirak etdiyi işə Avropa Birliyinin Sərhəd Mühafizəsi Agentliyi olan Frontex-in təyyarələrlə dəstək verdiyi bildirilib.


Bənzər xəbərlər