media-acb0ced5-c68f-49f7-9eea-db82395a1ac7

“Hindistan və Pakistan arasında münasibətlərin gərginləşməsi təbii olaraq, bütün dünyanı narahat edir. Bunun isə bir neçə səbəbi var: Humanitar qaynaqlar; Dövlətlərarası münasibətlərin pisləşməsi; Müharibə riskinin artması və ya aprelin 22-si tarixində Kəşmirdə baş verən terror hadisəsi; Hər iki ölkənin nüvə dövləti olması; Tarixdə tərəflər arasında baş vermiş müharibələr; Hər iki ölkənin də kifayət qədər hərbi potensialı malik olması…”

Bu sözləri Patrulaz.az-a açıqlama verən politoloq Araz Aslanlı deyib. Onun sözlərinə görə, hər iki dövlət arasında Kəşmir məsələsi ilə bağlı problem keçmişin qoyduğu mirasa dayanır:

“Bu iki dövlət arasındakı Kəşmir problemi asanlıqla həll olunacaq məsələ deyil. Çünki sözügedən problem uzun müddət bu ərazini idarə edən imperialist güclərin qoyduğu mirasdan qaynaqlanır. Müstəmləkəçiliyin sona çatdığı bir dövrdə Hindistan və Çin yarımadasında yeni dövlətlərin ortaya çıxması zamanı yaranmış bir mirasdır”.

Politoloqun sözlərinə görə, BMT-nin yarandığı ilk vaxtlarda onun əsas uğursuzluğu, məhz Pakistan və Hindistan arasında hələ də problem kimi qalan Kəşmir məsələsi oldu:

“Qeyri-müəyyən sərhədlər və ərazi münaqişələri, həmin dövrdə yaranan BMT-nin ilk uğursuzluqlarından biridir. Belə ki BMT müstəmləkəçiliyin sona çatmasından sonra müstəqil dövlətlərin beynəlxalq sistəmə inteqrasiyasına dəstək vermək əvəzinə, onların arasındakı problemlərin yaranmasına şərait yaradılıb və bu, münaqişələrin uzun müddət davam etməsinə səbəb olub. Kəşmir məsələsi də bu vəziyyətin mənfi bir nümunəsidir. Hindistan və Pakistanın müstəqillik qazanması prosesi, həmçinin Banqladeşin əvvəllər Pakistanın bir hissəsi olması da maraqlı bir tarixi mərhələdir. Belə ki, Hindistanın təhriki ilə Banqladeşin müstəqil olmağına səbəb olan fərqli bir proses başlamış və nəticədə müharibə baş vermişdi”.

media-a6681daf-c3d6-4fdb-8154-dcde997d148e
Politoloq A.Aslanlı bildirir ki, müasir dövrümüzdə Hindistan və Pakistan arasındakı mövcud olan qüvvələr öz fəaliyyətlərini davam etdirmək üçün “böl və idarə et” prinsipini həyata keçirməyə başlayıblar:

“İndiki vəziyyətdə isə kənar qüvvələr əvvəlki metodlarıla öz imperializmlərini davam etdirə bilmirlər. Buna görə də, onlar fərqli metod olan “böl və idarə et” prinsipi ilə gedirlər. Bu prinsipin izi ilə ərazi iddiası dini müstəvidə gərginliklə müşahidə olunduqda təssüf ki, vəziyyət yenidən davam edir. Hər iki tərəfin də nüvə dövləti olması birbaşa münaqişə ehtimalını azaldır. Yəni, iki ölkənin də bu vəziyyətdə bir-birinə qarşı nüvə silahından istifadə etmə ehtimalı azdır. Amma bu riskin hər iki dövlət üçün də davam etməsi normal deyil. Həmçinin, nə vaxt ki, iki dövlət arasında əməkdaşlıqla bağlı addımlar atılmağa cəhd edildikdə, ya terror hadisəsi, ya da sərhəddə təxribat törədilir. Nəticədə, tərəflər arasındakı münasibətlər yenidən gərginləşir və qalıcı bir sülh əldə etmə imkanı da azalır”.

Politoloq tərəflər arasında uzunmüddətli sülhə nail olmaq üçün sərhədlərin yenidən, ədalətli şəkildə müəyyənləşdirilməsinin vacibliyini vurğuladı:

“Tarixi və hüquqi baxımdan, hər iki ölkənin haqlı olması ilə bağlı mövqeləri fərqlidir. Amma, bilirik ki, Pakistan Azərbaycanın strateji mütəffiqidir. Hətta, Kəşmirin taleyi ilə bağlı prosesdə BMT-nin oynadığı uğursuz rolu ilə bağlı da ölkəmizin yanaşması olub. Amma uzun mərhədə Pakistan və Hindistan arasında qalıcı sülhə nail olunmalıdır ki, nə bu cür terror, sərhəd təxribatları olsun, nə də ki, regiondakı ölkələr və dünya nüvə müharibəsinin baş verəcəyi riski ilə yaşamasın.
Hazırki durumda, Kəşmir probleminin başlanğıcı olan bu ədalətsizliyin aradan qaldırılması baş tutmazsa, dayanıqlı sülhün yaranması çətin olacaq. Yəni keçmişə qayıdıb, sərhədləri daha ədalətli şəkildə müəyyənləşdirmək lazımdır ki, qalıcı sülhə nail olunsun”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər