Argentinada təbii fəlakət: Ölənlərin sayı 16-ya yüksəldi
Argentinada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 16-ya yüksəldiyi bildirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentinanın Buenos-Ayres əyalət polisindən verilən açıqlamada liman şəhəri Bahia Blancada ölənlərin sayının artdığı bildirilib.
Açıqlamada daşqınlarda həyatını itirənlərin sayının 16 nəfər olduğu, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Evlərin və iş yerlərinin su altında qaldığı Bahia Blancada elektrik enerjisinin hələ də kəsildiyi və suyun çəkiləcəyi gözlənilirdi.